Şəki Pedoqoji Kolleci

Kollecdə təhsil

E-mail Print

Müəllimlik dünyanın ən şərəfli peşəsi, müəllimlər isə ömrünü insanlığın yolunda xalqına, millətinə, dövlətinə sədaqətli xidmətə həsr edən fədakar insanlardır.

 

Texnikumda 6 ixtisas üzrə orta ixtisas təhsilli müəllim kadrları hazırlanır.

Texnikumda tələbələrin əyani və qiyabi şöbələrdə təhsil almaq imkanları vardır. Məzunlar işlə təmin olunurlar. Şəki Pedaqoji Texnikumunun məzunları respublikamızın çox az məktəbi olar ki, orada çalışmamış olsunlar. Texnikumun yüzlərlə məzunu sonralar təhsillərini müvəffəqiyyətlə davam etdirmiş, elmlər namizədi, elmlər doktoru, professor, xalq şairi, baş müəllim, metodist müəllim kimi fəxri adlar daşıyırlar. Məzunlarımız gənc nəslin təlim - tərbiyəsində bilik və bacarıqlarını əsirgəmirlər.

Nəzəri biliklərin təcrübədə təkmilləşdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə şəhərin ən qabaqcıl ümum-təhsil məktəbləri, məktəbə qədər tərbiyə müəssisələri, baza müəssisələrini seçmiş və onlarla sıx əlaqə yaradılmışdır. Tenikum tələbələrinin baza müəssisəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində bir sıra fənnlər üzrə laboratoriya və praktik məşğələlər aparmaq imkanı da vardır.

·Bütün ixtisaslar üzrə həm ödənişli, həmdə ödənişsiz təhsil forması vardır. Əyani təhsil üzrə texnikuma əsas (IX) və orta (XI) təhsil bazasından, qiyabi şöbə üzrə isə yalnız orta təhsil bazasından qəbul olunmaq olar.

·Texnikuma Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

·Respublikamızın Dağlıq Qarabağ zonasından didərgin düşmüş qaçqın, məcburi köçkün və şəhid ailəsindən olan tələbələr təhsil haqqından azaddırlar.

·Ödənişli əsaslarla oxuyanlar üçün bir illik təhsil haqqı 80-120 manat təşkil edir.

·Əsas təhsil bazasından qəbul olunanlar üçün təhsil müddəti 3 il 10 ay, orta təhsil bazasından qəbul olunanlar üçün təhsil müddəti isə 2 il 10 aydır.

Qabiliyyət imtahanları:

“Fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı” və İncəsənət fənləri (musiqi, təsviri incəsənət) ixtisaslar üzrə qabiliyyət imtahanları texnikumda aparılır.

Əgər Siz ixtisaslı orta pillə müəllim kadrları kimi yetişmək, təhsil almaq istəyirsinizsə, buyurun, Şəki Pedaqoji Texnikumuna gəlin. Mehriban, işgüzar, gülərüz kollektiv yolunuzu gözləyir.

Siz texnikumda ixtisaslardan hər hansı birini seçə bilərsiniz. Təhsiliniz müddətində sekiminzi nece doğru etdiyinizin bir daha şahidi olacaqsınız.