Şəki Pedoqoji Kolleci

Tədbirlər

E-mail Print
2009-cu il dekabr ayında
Şəki Pedaqoji Texnikumun direktorunun görəcəyi işlərin
PLANI.
1. Gündəlik tədrisin gedişinə və struktur bölmə rəhbərlərinin fəaliyyətinə nəzarət etmək.
2. Tədris binalarının qışa hazırlıgını başa catdırmaq və qış rejim qaydasının səmərəli fəaliyyətinə nail olmaq.
3. Semestrin başa catmasının yaxınlaşması, müəllim və tələbə biliyinin qiymətləndirilməsi ilə əlaqədar maarifləndirmə işini gücləndirmək.
4. Yay imtahan sessiyasının yekunları ilə bağlı akademik borcların başa catmasını rəsmiləşdirmək və müvafik sərəncam hazırlamaq.
5. Qiyabi şöbədə V kursların axırıncı sessiyasının təşkilinə nəzarət etmək, digər kurslarda sessiyalar arası dövrlərdə məğbulların yerinə yetirilməsi vəziyyətini öyrənmək.
6. Ümumilikdə texnikumda təcrübənin gedişini izləmək, baza məktəblərində olmaq, əyani və qiyabi şöbələrdə son kurslarda təcrubələrin təşkilinin yeni texnologiyasını tətbiq etmək
7. Birinci kurslarda “Azərbaycan tarixi” və “Tarix” fənlərinin tədrisi vəziyyətini araşdırmaq (Vəliyev Faiq Xəlil oğlu, Zeynalov Pərviz Qnyaz oğlu).
8. “İbtidai təhsil” ixtisasının IV kurslarında “İbtidai riyaziyyat kursunun tədrisi metodikası” (Səmədov Nəriman Vahid oğlu), “Fiziki tərbiyə və gənclərin cağırışaqədərci hazırlığı” ixtisaslarında (Rəsulov Asif Məmməd oğlu), “Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” (Kərimov Yusif Abdurahman oğlu, Bayraməliyev Şahin Kamil oğlu, Musayev Cavanşir Üzeyir oğlu), “İngilis dili” ixtisaslarında “İngilis dili və onun tədrisi metodikasi” (Eminova Güləyaz Həsən qızı), “Musiqi təhsili” ixtisaslarında “Musiqi və onun tədrisi metodikası” (Nadirova Rəmziyyə Aydın qızı, Rəhimova Yaqut Sadəddin qızı) fənlərinin tədrisini araşdırmaq.
9. Tələbə özünüidarə orqanının fəaliyyətinin təhlili, onların gücündən istifadə olunma vəziyyəti.
10. Tələbələrin təhsil şəraiti vəziyyətinin öyrənilməsi.
11. Maliyyə yoxlamasının nəticələrinin və pedaqoji şura qərarlarının icrası ilə əlaqədar sərəncamların verilməsi.
12. Ümumtəhsil fənləri üzrə fənn olimpiadalarına hazırlıgın təşkili.
13. Dövlət Attestasiya Komissiyasının tərkibini müəyyənləşdirmək, nazirliyə təqdimat göndərmək, iş planlarını təsdiq etmək.
14. Texnikumun illik inventarizasiyasını başa catdırmaq.
15. Tələbə, işci və müəllimlərlə Şəki Hüqüq Mühafizə orqanları işciləri ilə görüşü təşkil etmək.
16. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” in gəlişi ilə əlaqədar xalq şairi Söhrab Tahir ilə görüşün təşkili.
17. Texnikumda Qəbələ rayonundan təhsil alan tələbələrlə “Qəbələ günü” adı altında görüşü təşkil etmək.
18. Texnikumda İnternet saytının işə salinması işlərinin başa catmasına və saytin işləməsinə nail olmaq.
19. Cari təmir işlərinin gedişinə nəzarət etmək.
20. Müəllim, tələbə və işcilərin abunə kompaniyasının işinı rəhbərlik etmək.
21. 2009-cu il xərclər smetasının və texnikum işcilərinin məzuniyyət qrafikinin yerinə yetirilməsi işinə nəzarət.
22. 2010-cu il ücün müvafiq struktur qarşısında texnikumla bağlı təkliflər hazırlayıb təqdim etmək.
23. İş planlarında təkrarlanmalara yol verməmək məqsədilə iş planlarını strukturlarla tanış etmək və müəllimlər otağından asmaq.





.