Şəki Pedoqoji Kolleci

Ümummilli Lider

  Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev

Təhsilimiz

Texnikumda təhsil haqqında ətraflı məlumat

Şəki Pedoqoji Kolleci

Volleybol turniri

Bu gün İdaman Sağlamlıq Mərkəzində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə Şəki Pedaqoji Texnikumunun qruplar arası qızlardan ibarət volleyboy birinciliyi üzrə texnikumun İngəsənət fənləri, İbtidai təhsil, İdman və İngilis qrupları arasında yarış keçirildi.Turniri texnikumun direktoru cənab Rafiq Şükürov acaraq tələbələrə yarışlarda müvəffəqiyyətlər dilədi. Dövlət himni ilə başlayan yarışda İdaman Gənclər İdarəsinin rəisi Vüqar İsgəndərov da öz çıxışında yarış iştirakçılarına uğurlar dilədi. Beləliklə yarışda biringi yeri son vaxtlar Texnikumda  səy və bacarıqları ilə üstünlük təşkil edən İngəsənət fənləri qrupunun tələbələri, ikinci yeri İngilis dili qrupunun tələbələri tutdular. Üçüncü yerlə isə İdman qrupunun tələbələri kifayətləndi. Sonda İdman və Gənclər idarəsinin nümayəndəsi Aytən xanım yarış iştirakçılarını diplomla mükafatlandırdı və onlara gələck yarışlarda da müvəffəqiyyətlər dilədi. 

ADMİN  Y.ABBASOV

   

Resul Rza-100

 Bu gün Şəki Pedaqoji Texnikumunda Rəsul Rzanın anadan olmasının 100 illiyi münasibəti ilə ənənəvi olaraq Texnikumun müəllim və tələbələri tədbir keçirdilər. Tədbirdə Rəsul Rzanın həyat və yaradıcılığını əks etdirən şer və mahnılar səsləndirildi. Sonda Texnikumun direktoru cənab Rafiq Şükürov öz fikrini  tədbir iştirakçıları ilə bölüşdü və tədbiri hazırlayan müəllim və tələbələrə öz minnətdarlığını bildirdi.  ADMİN Y.ABBASOV
   

"ARŞIN MAL ALAN" operettası

 

02 Aprel 2010-cu il tarixdə Şəki Pedaqoji Kollecinin akt zalında Kollecin İngəsənət şöbəsinin tələbələrin iştirakı ilə "Arşın mal alan" operettası tamşaya qoyuldu.
Tamaşaya Şəki Dram Teatrının müdiri, Gənclər və İndman İdarəsinin rəisi, 2 saylı musiqi məktəbinin müdiri və sair qonaqlar dəvət olunmuşdur.
Tammaşanın bədii rəhbəri; Müşviq QASIMOV, quruluşçu rejissoru; Şəmsiyyət ƏSGƏROVA, quruluşçu rəssam, dizayner; Müşviq QASIMOV, Sahib NƏBİYEV; pianoda müşayət edir; Aynurə MUSTAFAYEVA, qrim ustası; Vəfa Əsgərova, işıq rejisoru, operator: Yusif ABBASOV

 ADMIN Y.ABBASOV

   

Atalar sözu

Bu gün Şəki Pedaqoji Kollecində İbtidai təhsil qrup tələbələrindən ibarət “Atalar sözü” adlı tədbir keçırıldi.Tədbir iki komanda, “Qələbə ” və “Bilik” komandaları arasında atalar sözlərindən ibarət yarışma ilə başladı.Tədbirin sonnunda Kollecin direktoru cənab Rafiq Şükürov çıxış edərərk tədbirin təşkil olunmasından razı qaldığını və belə gözəl tədbirlərin ənənəvi olaraq tez-tez təşkil olunmasını dicər müəllim və tələbələrə tövsiyə etdi. O tələbələrin fəallığını, hazırcavablığını müsbət qiymətləndirdi və qalib olan komandanı hədiyyələrlə mükafatlandırdı.

 Sheki-pt.edu.az ADMİN 

   

Qəbələ günü

26 dekabr 2009-cu il tarixdə Şəki Pedaqoji Texnikumda hər il olduğu kimi bu il də ənənəvi olaraq “Qəbələ günü” adı altında tədbirı kecirildi.

Daha ətraflI...
   

Page 2 of 3

Əlaqə