D İ R E K T O R - ŞÜKÜROV RAFİK ŞÜKÜR oğlu
01 noyabr 1952-ci ildə Şəki rayonun Aşağı Küngüt kəndində anadan olmuş, ilk təhsilinə 1959-cu ildə Aşağı Küngüt kənd orta məktəbinin I sinfində başlamışdır. 1967-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1967-ci ildə 10 saylı orta məktəbin 9-cu sinifinə qəbul olunmuş, 1969-cu ildə həmin məktəbin 10-ci sinfini bitirmişdir. Həmin ildə Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsinə daxil olub, 1973-cü ildə həmin institutu bitirmişdir. İlk pedaqoji fəaliyyətinə 1973-cü ildə Baş Kəldək kənd 8 illik orta məktəbində başlamışdır. 1975-ci ildən Aşağı Küngüt kənd orta məktəbində riyaziyyat müəllimi kimi çalışmışdır. 1977-ci ildə irəli çəkilərək Aşağı Daşağıl kənd 8 illik məktəbində direktor müavini, 1988-ci ildə Şəki Məişət Texnikumunda direktor, 1993-cü ildə Şəki Texnologiya Texnikumunda direktor, 1995-ci ildən bu günə kimi Şəki Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışır. İşlədiyi müddətdə dövrü mətbuatda onlarla elmi məqalələrlə çıxış etmış, iki kitabın müəllifi olmuşdur. I kitabı “Pedaqogika tarixindən mühazirə materialları” 2004, II ktabı “Pedaqogika dərsləri” 2005. 1997-ci ildən YAP-nın üzvüdür və partiyanın hər üç qurultayının nümayəndəsi olmuşdur. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. |
![]()
|
| < Prev |
|---|


