| DİREKTOR MÜAVİNİ - MƏMMƏDOV TEYMURÇIN MUXRƏDDİN oğlu 14 oktyabr 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə Şəki şəhər 12 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1969-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Həmin il S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin “Fizika” fakultəsinə daxil olmuş, 1974-cü ildə həmin universiteti bitirərək fizika müəllimi ixtisasını almışdır. Təyinatla Oğuz rayon Xaçmaz kənd orta məktəbində fizika müəllimi işləmişdir. Şəki Maarif şöbəsinin sərəncamı ilə 1975-ci ildə şəhər 7 saylı orta məktəbə fizika müəllimi təyin edilmiş, 1976-1983-cü illər ərzində Şəki şəhər 20 saylı orta məktəbdə fizika müəllimi vəzifəsində çalışmışdır. 1983-cü il sentyabr ayından Şəki Pedaqoji Texnikumuna ixtisası üzrə müəllim təyin olunmuş, 1987-ci ildən 1991-ci ilədək texnikumda qiyabi şəbə müdiri, 1991-ci ildən tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ailəlidir iki övladı, üç nəvəsi var. |
| ||||||||||||||||
|
DİREKTOR MÜAVİNİ SƏBAHƏT SALAMOVA QAZALI qizi 1960-cı il iyun ayının 20-də Şəki rayonunun Baş Küngüt kəndində anadan olmuşdur. 1967-ci ildə Baş Küngüt kənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1971-ci ildən həmin məktəbin X sinifi bitirib, Azərbaycan Pedaqoji İnstitunun fizika fakultəsinə qəbul olmuş, 1981-ci ildə isə həm1960-cı il iyun ayının 20-də Şəki rayonunun Baş Küngüt kəndində anadan olmuşdur. 1967-ci ildə Baş Küngüt kənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1971-ci ildən həmin məktəbin X sinifi bitirib, Azərbaycan Pedaqoji İnstitunun fizika fakultəsinə qəbul olmuş, 1981-ci ildə isə həmin institutu bitirib, fizika müəllimi ixtisasına yiyələnmişdir. | | ||||||||||||||||
|
DİREKTOR MÜAVİNİ ƏHMƏDOV AĞABALA MUXTAR oğlu 1964-cü il may ayının 27-də Şəki Şəhərində anadan olmuş. 1971-ci ildə Şəki Şəhər 17 №-li orta məktəbin I sinfinə getmiş 1979-cu ildə 8-ci sinfi bitirmiş və həmin ildə şəhər 11 saylı orta məktəbin 9-cu sinfinə daxil olmuşdur. 1981-ci ildə 11 saylı məktəbin 10-cu sinifini bitirmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1986-ci ildə həmin institutu bitirmişdir. 01 fevral 1987-ci il tarixdə Şəki müəssisədənkənar mühafizə bölməsində çalışmış, komsomol komitəsinin katibi olmuşdur. 1991-ci ildən Şəki pedaqoji texnikumunda inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
| |
| < Prev | Next > |
|---|


