Şəki Pedoqoji Kolleci

Volleybol turniri

E-mail Print

Bu gün İdaman Sağlamlıq Mərkəzində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə Şəki Pedaqoji Texnikumunun qruplar arası qızlardan ibarət volleyboy birinciliyi üzrə texnikumun İngəsənət fənləri, İbtidai təhsil, İdman və İngilis qrupları arasında yarış keçirildi.Turniri texnikumun direktoru cənab Rafiq Şükürov acaraq tələbələrə yarışlarda müvəffəqiyyətlər dilədi. Dövlət himni ilə başlayan yarışda İdaman Gənclər İdarəsinin rəisi Vüqar İsgəndərov da öz çıxışında yarış iştirakçılarına uğurlar dilədi. Beləliklə yarışda biringi yeri son vaxtlar Texnikumda  səy və bacarıqları ilə üstünlük təşkil edən İngəsənət fənləri qrupunun tələbələri, ikinci yeri İngilis dili qrupunun tələbələri tutdular. Üçüncü yerlə isə İdman qrupunun tələbələri kifayətləndi. Sonda İdman və Gənclər idarəsinin nümayəndəsi Aytən xanım yarış iştirakçılarını diplomla mükafatlandırdı və onlara gələck yarışlarda da müvəffəqiyyətlər dilədi. 

ADMİN  Y.ABBASOV