 | | | | 17 dekabr 2009-cu il tarixdə Şəki Pedaqoji Texnikumunda xalq şairi Zəlimxan Yaqubla görüş baş tutdu.Görüşə şair ailə üzvləri, yazar dostları akademik Nizaməddin Şəmsizadə, Ədəbiyyat qəzetinin redaktoru Azər Turan və yaxınları ilə birlikdə təşrif buyurmuşdur. İlk olaraq texnikumun direktoru cənab R.Şükürov qonaqları salamlayıb bu görüşün texnikumun tarixində xüsusi önəmi olduğunu vurğuladı. Sonra tenikumun tələbələri şairin şerləri ilə çıxış etdi, şairin yaxın dostları şair haqqında ürək dolusu danışdı və xalq şairi Zəlimxan Yaqub öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. |