Gənclik illəri insan ömründə özünəməxsus xüsusi bir yer tutur. Hal-hazırda dövlətimizin güclü dövlətçilik siyasətinin əsasında da cənab prezident gənclərə xüsusi önəm verilir.
O üzdən də biz gəncliyimızı qorumalı, ondan doğma vətənimizin, qudrətlı xalqımızın yolunda faydalı işlər görülməkdə əlimizdən gələn səy və bacarığımızı əsirgəməliyik.
19 Noyabr 2008-ci il tarixindən indiyədək fəaliyyət göstərən Şəki Pedaqoji Texnikumunda tələbə gənclər təşkilatının gördüyü işlər qənaətbəxş hesab olunmuşdur. Belə ki, 2008-ci ilin dekabr ayında tələbə gənclər təşkilatı YAP ilə birgə keçirdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ılə əlaqədar təşkıl olunmuş tədbirdə yaxından iştirak etmış və öz fəallıqlarına görə xüsusi diplomlarla təltif olunmuşdurlar.
Gənclər təşkilatı tələbə gənclərlə qış və yaz aylarında xüsusilə daha da sıx ünsiyyət yaradır, çünki bu aylarda qış və yay sessiyalarının olduğu vaxtlarda onların dərslərinə qarşı daha diqqətli olmaları vacibdir.
26 Fevral 2009-cu il Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Yaddaşımızı unutmayaraq” adı altında tədbir hazırladı və burada torpaqlarımız uğrunda şəhid olmuş igid oğul və qızlarımızın döyüşdə şügayətlərindən, mərdgəsinə savaşmalarından və vətən torpağının azad olunması yolda canlarından belə keçərək igidgə şəhid olmalarından danışıldı. Onların əziz xatirəsi anıldı.
Texnikumda hər il ənənə halını almış “Novruz xonçası” adlı müsabiqə keçirilir və qruplar arasında qalib xonça təyin olunur. Texnikum rəhbərliyi və Tələbə Gənclər təşkilatı üzvləri Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti Şəki şəhər N saylı hərbi hissəsində əsgərlərimizi və körpələr evində qayğıya ehtiyacı böyük olan balaları ziyarət edərək bayram proqramları ilə onların qarşısında çıxış etmiş, müsabiqədə iştirak etmiş novruz xonçalarını isə onlara təqdim etmişdirlər.
2 Fevral 2009-cu il Gənclər Günü təntənəli şəkildə texnikumda qeyd olundu. Gənclər gününə də tələbələr yüksək hazırlıqla çıxış etdilər.
10 May 2009-cu ildə görkəmli şəxsiyyət Heydər Əliyevin 85-ci ildönümü münasibəti ilə Tələbə Gənclər təşkilatının üzvləri və texnikumun bir sıra qabaqcıl tələbələri ilə Heydər Əliyev muzeyinə baxışı təşkil edilmiş və burada Ulu Öndərin Azərbaycan dövləti, Azərbaycan dövlətçılıyi yolunda necə şərəflı bir yol keçməsindən danışıldı.
28 May 2009-cu il Respublika günü Şəki Pedaqoji Texnikumunun Tələbə Gənclər təşkilatının şura üzvlərinin dəyirmi masa arxasında iclası keçirildi. Burada dövlətin inkişaf yolunu keçərək çiçəklənməsi, güclü və qüdrətlı bir dövlət olması üçün Heydər Əliyevın əvəzsız zəhmtindən danışıldi. Bundan başqa tələbələrin hazırlığı, kitabxana fondundan istifadə etmələri, faydalı kitabları mütalıə etmələri, zəngın biliyə malık olaraq öz işləri sahəsində onlara tapşırılan vətən borcunun laiqincə yerinə yetirilməsi onlara aşılandı.
Bütün bunlarla yanaşı Şəki Pedaqoji Texnikumunun Tələbə Gənclər təşkilatı şəhər tədbirlərində də yaxından iştirak edir və gələcəkdə də bu ənənələrin davam edəcəyinə ümid edirik.
| < Prev | Next > |
|---|

